Terror aktı ilə bağlı yeni xəbər – KRAL KOMİSSİYASI yaradıldı
Bizi izləyin

Digər

Terror aktı ilə bağlı yeni xəbər – KRAL KOMİSSİYASI yaradıldı

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Kraystçörç məscidlərində törədilən terror aktlarını xüsusi kral komissiyasının araşdıracağını bildirib.

Bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb. Baş nazirin Vellinqtonda keçirilən həftəlik mətbuat konfransındakı çıxışından sitat gətirən qəzet yazır: “Nazirlər Kabineti tərəfindən yaradılan xüsusi kral komissiyası hücumun qarşısının alınması üçün görülən tədbirlərin kifayətedici olmasını, eyni zamanda, xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıracaq”.

Baş nazirin sözlərinə görə, komissiyanın diqqət mərkəzində, ilk növbədə, hücuma aparan hadisələr olacaq, həmçinin yaraqlının silahı necə əldə etməsi, baş verənlərdə sosial şəbəkələrin rolu, xüsusi xidmət orqanlarının həyata keçirməli olduğu və keçirdiyi tədbirlər təhlil ediləcək.

Komissiyanın tam tərkibinin onun əhatə edəcəyi suallar dairəsi hökumət tərəfindən bütünlüklə dəqiqləşdirildikdən sonra elan ediləcəyi gözlənilir.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm