Səfirlik binasındakı oğurluğun inanılmaz DETALLARI
Bizi izləyin

Digər

Səfirlik binasındakı oğurluğun inanılmaz DETALLARI

Şimali Koreyanın Madriddəki səfirliyində fevralın 22-də baş verən oğurluğun təfərrüatı məlum olub. Hadisə zamanı səfirlik binasından vacib sənədlər oğurlanmışdı.

Publika.az xəbər verir ki, səfirlikdən oğurluq etdiyi ehtimal edilən 10 nəfərin ABŞ-a qaçdığı və məlumatları Federal Təhqiqatlar Bürosuna satmağı təklif etdikləri bildirilir.

İspaniya polisinin oğurluq hadisəsi ilə bağlı hazırladığı 14 səhifəlik sənədə görə ABŞ və Meksika vətəndaşı olan Adrian Hong Çang qrupun lideridir. Məlumata görə, Hong Çang ovçu bıçağı, müxtəlif silahlarla təmin edilərək oğurluğa hazırlanıb. O, hadisədən bir müddət əvvəl Şimali Koreyanın Madriddəki səfiri So Yun Sok ilə tanış olub və özünü sərmayəçi kimi təqdim edib.

Sənəddə Hong Çangın səfirlik binasına sərbəst şəkildə daxil olduğu, buna görə də oğurluq planında səfirliyin mühafizə xidmətinin də əli olduğu bildirilir. Oğurluqda səfirlik işçilərinin köməyinin olması istisna edilmir.

Əslində İspaniya polisi oğurluğun qarşısını ala bilərmiş, lakin qrup lideri Hong Çang onların diqqətini başqa yerə yönləndirib.

Belə ki, səfirlikdə çalışanlardan birinin həyat yoldaşı pəncərədən içəri girib, bu zaman ətrafdakılar polisə məlumat verib. Oğurluq zamanı səfirlik binasına daxil olan qrup lideri Hong Çang polisi qarşılayıb və özünü diplomat kimi təqdim edib.

O, polisə narahatlığa əsas olmadığını deyib və onları binadan çıxara bilib. Daha sonra binaya 8 oğru daxil olub. 4 diplomatik maşınla binanı tərk ediblər.

Hong Çang Meksika pasportu ilə əvvəlcə Lissabona, oradan isə ABŞ-ın Nyu Cersi ştatına gedib. Oğurlanan sənədlərdə gizli məlumatların olduğu bildirilir. Onların Federal Təhqiqatlar Bürosuna satmaq üçün təklif edildiyi bildirilir. Lakin hökumətin bu təklifə hansı cavab verdiyi bəlli deyil. İspaniyada oğurluqda əli olduğu ehtimal edilən Meksika əsilli ABŞ və Cənubi Koreya vətəndaşı olan iki nəfər saxlanılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm