Digər
Venesuela hakimiyyətindən Quaydoya 15 illik qadağa
Venesuela hakimiyyəti müxalifət lideri Juan Quaydonun 15 il ərzində dövlət postunu tutmağı qadağan edib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Venesuelanın Baş nəzarət idarəsinin başçısı Elvis Amarosoya görə, siyasətçinin maliyyə bəyannaməsində aşkar edilmiş pozuntular qərar üçün əsas olub.
Məlumata görə, Quaydonun gəlirlərinin səviyyəsi onun xərclərini əhəmiyyətli dərəcədə ötür. Tətbiq olunan cəza belə pozuntula üçün maksimum cəzadır.
Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR






































