Dəhşətli hadisə - 30 yanğınsöndürən yanaraq öldü
Bizi izləyin

Digər

Dəhşətli hadisə - 30 yanğınsöndürən yanaraq öldü

Çində bir neçə gündür başlayan meşə yanğınlarını söndürməyə çalışan yanğınsöndürənlər alovların arasında qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 30 yanğınsöndürən yanaraq ölüb.

Belə ki, yanğın şənbə günü Siçuan əyalətinin Muli bölgəsində başlayıb. Təxminən 4 min metr metrə qalxan alovların söndürülməsi üçün iki helikopter cəlb edilib. Əraziyə göndərilən 700-dən çox yanğınsöndürən isə yerdən yanğının söndürülməsinə çalışıb. Ərazidə qəfildən küləyin istiqaməti dəyişib, 30 yanğınsöndürən təhlükə ilə üz-üzə qalıb. Belə ki, onlar alovların arasında qalıb. Yanğınsöndürənlərin cansız bədənləri artıq ərazidən çıxarılıb. Yanğının çox yüksəklikdə olması ətrafdakı yaşayış məntəqələri üçün təhlükəni azaldır.

Ölkənin Şanxi əyalətində baş verən digər yanğın isə nəzarət altına alınıb. 9 min nəfər evindən təxliyə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm