Əlcəzair prezidenti istefa verdi
Bizi izləyin

Digər

Əlcəzair prezidenti istefa verdi

Əlcəzair prezidenti Əbdüləziz Buteflika dövlət başçısı postundan istefa verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Konstitusiya Şurasına xəbərdarlıq edib.

Konstitusiya Şurası müraciəti müzakirə etmək üçün yaxın vaxtlarda iclas keçirməlidir.

Qeyd edək ki, 82 yaşlı Əlcəzair lideri 1999-cu ildən hakimiyyətdə idi. Ona növbəti seçkilərdə iştirak etməyə kütləvi xalq etirazları mane oldu və o, istefaya getməyə qərar verdi.

Əlcəzair Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezidentin sağlamlıq vəziyyəti ona öz vəzifələrini icra etməyə imkan vermirsə, o, Konstitusiya Şurasına müraciət etmək hüququna malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm