Prezidentdən qeyri-adi qadağa
Bizi izləyin

Digər

Prezidentdən qeyri-adi qadağa

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev onun portreti ilə reklam lövhələrinin quraşdırılmasını sərt tənqid edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı bu barədə Twitter-də yazıb.

Tokayevin sözlərinə görə, ona şəhərdə 14 dəbdəbəli billboardun yerləşdirilməsi barədə məlumat verilib.

"Hesab edirəm ki, bu tamamilə yersizdir, mən belə təbliğata ehtiyac duymuram. Belə inzibati cəhd nəyə lazımdır?"-deyə Tokayev ictimaiyyətlə görüşdə soruşub.

Bundan sonra o, bütün səviyyələrdən olan akimlərə (merlərə və qubernatorlara) reklam plakatlarında ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə əldə edilən uğurları nümayiş etdirməyi tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm