Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var
Bizi izləyin

Digər

Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

Venesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanalardan birindən kütləvi qaçış baş verib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Notosiaz Venesuela” portalı məlumat yayıb.

Belə ki, təxminən 60 məhbusun soyuq silahlarla 2 mühafizəçiyə hücum etdiyi deyilib.

Qarşıdurma zamanı məhbuslardan biri öldürülüb. Xəsarət alan mühafizəçilər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qaçan məhbuslar gözətçi otağına daxil olaraq oradakı silahları götürməyə müvəffəq olublar. Hazırda ərazidə axtarış tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm