Şimali Koreya yeni taktiki silahlarını sınaqdan keçirdi
Bizi izləyin

Digər

Şimali Koreya yeni taktiki silahlarını sınaqdan keçirdi

Şimali Koreya idarəolunan yeni taktiki silahlarının müvəffəqiyyətli sınaqları keçirib.

Publika.az xəbər verir ki, bu haqda Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) bildirib.

Agentlik yeni silahların növü haqqında təfərrüatları açıqlamayıb. Məlumata görə, sınaq atışlarına Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In rəhbərlik edib.

Raket sınaqlarına Yaponiya reaksiya verib. Yaponiyanın müdafiə naziri Takesi İvayanın sözlərinə görə, Tokio hazırda Şimali Koreyada yeni silahın sınaqları ilə əlaqədar vəziyyəti təhlil edir.

“Biz ABŞ-la qarşılıqlı əlaqədə lazımlı informasiyanı toplamaq və təhlil aparmaq üçün bütün gücümüzdən istifadə edirik”, - “Kiodo” agentliyi nazirin sözlərini sitat gətirib.

Baş nazirin dəftərxanasından isə əmindirlər ki, bu silah uzaq hərəkət radiusu olan raket deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm