Digər
Quaydo: Bu tarixdə əməliyyatın final mərhələsi başlanacaq
Venesuela müxalifətinin lideri Xuan Quaydo mayın 1-də ölkə prezidenti Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılması üzrə əməliyyatın son mərhələsinə başlayacağına söz verib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, siyasətçi bu haqda tvitter hesabında yazıb.
“Mayın 1-də “Azadlıq” əməliyyatının final mərhələsinə başlayacağıq”, - o qeyd edib.
Qeyd edək ki, Quaydo yanvarda özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. Bundan dərhal sonra ABŞ, Kanada, Latın Amerikası ölkələrinin əksəriyyəti, bəzi Avropa İttifaqı ölkələri və başqa dövlətlər rəsmən onu müvəqqəti prezident kimi tanıyıblar.
Venesuela prezidenti Nikolas Maduronu Rusiya, Meksika, Kuba, Boliviya və Türkiyə dəstəkləyir.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki









































