Çarşab qadağan olunsun, çünki... - Millət vəkilindən SENSASİON SÖZLƏR (FOTO)
Bizi izləyin

Digər

Çarşab qadağan olunsun, çünki... - Millət vəkilindən SENSASİON SÖZLƏR (FOTO)

Şri-Lankada qadınlara çarşab geyinmək qadağan edilə bilər.

Publika.az xəbər verir ki, bu təkliflə Şri-Lanka parlamentinin deputatı Aşu Maraşinge çıxış edib.

Jurnalistlərə açıqlama verən millət vəkili bildirib ki, 21 apreldə ölkədə baş verən silsilə teraktların təşkilatçıları olay yerindən çarşaba bürünərək qaçmağı bacarıb. Ona görə də terrorçuların kimliklərini gizləmək üçün rahatlıqla istifadə etdiyi bu geyimi qadağan etmək lazımdır. Deputat bu məsələni parlamentdə də qaldırdığını deyib.

Maraşingenin bu açıqlaması Baş nazir Ranil Vikrenesingenin yaxın zamanda bənzər hücumlar ola biləcəyi və ölkədə hələ də terrorçuların fəaliyyət göstərdiyinin açıqlamasının ardınca gəlib.

Qeyd edək ki, bazar günü 3 kilsə və 3 hoteldə təşkil edilən terror aktları zamanı 359 nəfər həlak olub, 500 yaralı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm