Şri-Lankada növbəti partlayış: 15 nəfər öldü
Bizi izləyin

Digər

Şri-Lankada növbəti partlayış: 15 nəfər öldü

Şri-Lankanın şərqində atışma baş verən evlərdən birində partlamış baş verib.

Publika.az xəbər verir ki, polisin nümayəndəsinə istinadən “Ada Derana” portalının yazdığına görə, hadisə yerində 15 cəsəd aşkar edilib.

“Seyntamarutuda partlamış evdə 15 cəsəd aşkar edilib. Onlardan 6-sı kişi, 3-ü qadın və 6-sı uşaqdır”, - portalın tvitter hesabında dərc edilmiş xəbərində deyilir.

Xatırladaq ki, ötən bazar günü ölkə üzrə silsilə partlayışlar baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, partlayışlar 250-260 insanın həyatına son qoyub. Hücumlara görə, məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ölkə hakimiyyətinin məlumatına görə, ada dövlətinin ərazisində bu təşkilatın 130-140 üzvü hərəkət edir. İstintaqın versiyasında deyilir ki, bu hücumlarda 9 kamikadze iştirak edib, onlardan 8-nin şəxsiyyəti artıq müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm