Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi
Bizi izləyin

Digər

Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi

Qətərin İqtisadiyyat və Sənaye Nazirliyi Ramazan ayı münasibətilə 500-dən çox məhsulun qiymətində endirim edib.

Axar.az xəbər verir ki, endirim olunan məhsulların siyahısı iri ticarət mərkəzlərinə təqdim olunub.

“Bu təşəbbüs əsas supermarketlərlə razılıq əsasında Ramazan ayının sonuna qədər davam etdirilir”, - nazirliyin məlumatında bildirilib.

Bu ildən qiymətində endirim olunan məhsullar sırasına un, şəkər, düyü, makaron, süd və eləcə də qeyri-istehlak malları da əlavə edilib.

Nazirlik alıcılara müraciətində bildirib ki, qiymətlərlə bağlı supermarketlərdə hər hansı narazılıq olarsa, dərhal məlumar versinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm