Avtobus qəzaya uğradı: 11 ölü, 18 yaralı
Bizi izləyin

Digər

Avtobus qəzaya uğradı: 11 ölü, 18 yaralı

Meksikada ağır yol-nəqliyyat hadisəsi 11 nəfərin ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

İlkin məlumatlara görə, sərnişin avtobusu Sakatekas ştatında yoldan çıxaraq aşıb. Daha 18 nəfərin yaralandığı bildirilir.

Həlak olanlar arasında ən azı 3 uşaq var. Araşdırmanın ilkin nəticələrinə əsasən, avtobus sürücüsü yatıb və nəqliyyat vasitəsi üzərində nəzarəti itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm