Çində müsəlmanlara qarşı AĞLASIĞMAZ ADDIM
Bizi izləyin

Digər

Çində müsəlmanlara qarşı AĞLASIĞMAZ ADDIM

Çin ölkədəki həbsxanaların yanında fabrik inşa edərək, müsəlmanları pulsuz işlədəcək.

Axar.az xəbər verir ki, bunu Şərqi türküstanlı dosent Ərkin Emet deyib. O, Çinin Şərqi Türküstanda yaşayan müsəlmanlara qarşı göstərdiyi təzyiqi özlərinin də etiraf etdiyini bildirib:

“Hazırda Şərqi Türküstanda çox sayda həbsxana tikilir. Məqsədləri bu həbsxanaların yanında fabriklər tikərək, pulsuz işçi qüvvəsindən istifadə etməkdir. Onsuz da müsəlmanlara tətbiq etdikləri işgəncələrlə onları beyinlərindən istifadə etmədən yaşayan insanlara çevirməyə çalışırlar. Bütün bunların nəticəsində insanların əlində qalan tək şey - fiziki qüvvələrindən istifadə etmək istəyirlər”.

Şərqi türküstanlı professor Əbdülrəşid Cəlil Karluq isə Şərqi Türküstanda son 3 il ərzində 234 həbsxana tikildiyini bildirib:

“234 həbsxana zülmün nə qədər böyük həcmdə olduğunu göstərir. Çin artıq bu rəqəmləri gizlətməyə belə ehtiyac duymur. Çünki Çində daxildəki vəziyyətin xaricə necə bildirilməsi ilə bağlı siyasi ənənə var. Düşərgələri də inkar etdilər. Peyk vasitəsilə düşərgələr ortaya çıxan kimi dedilər ki, təlim düşərgələridir. Tikilən həbsxanaların yalnız sayı belə çox şey deyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm