Baş nazir nişanlandı
Bizi izləyin

Digər

Baş nazir nişanlandı

Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qızının atası Klarke Gayford ilə nişanlanıb.

Publika.az xəbər verir ki, hökumətə istinadən yayılan xəbərdə Ardernin Paskalya tətili zamanı sevgilisi ilə nişanlandığı bildirilir.

Ardern və Gayfordun münasibətləri 2013-cü ildə başlayıb və ötən il iyunun 21-də Nede te Aroha adını verdikləri qızları dünyaya gəlib.

Nişan barəsində cütlük hər hansı açıqlama verməsə də, təbrik mesajları gəlməyə başlayıb. Ana müxalifətdəki Milli Partiyanın lideri Simon Bridges sosial media hesabında təbrik mesajını paylaşıb:

“Natalia və mən baş naziri və Klarkeni nişan münasibətilə təbrik edirik”.

Pakistanın keçmiş baş naziri Bənazir Bhuttodan sonra vəzifədə olarkən uşaq dünyaya gətirən ikinci qadın baş nazir Ardern olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm