.jpg)
Çində yaşayış binasında dəhşətli yanğın hadisəsi baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Quandun əyalətində yerləşən altımərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın nəticəsində 5 nəfər həlak olub, 38 nəfər xəsarət alıb. 73 nəfər binadan təxliyə edilib.
Bina sakinlərinin əksəriyyətinin tələbə olduğu bildirilir.