Kim Çen In əmr verdi: Şimali Koreya uzaqmənzilli raketlərini...
Bizi izləyin

Digər

Kim Çen In əmr verdi: Şimali Koreya uzaqmənzilli raketlərini...

Koreya Xalq Demokratik Respublikası ötən gün uzaqmənzilli raket atışı təlimləri təşkil etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Şimali Pxençan bölgəsindən şərq istiqamətinə göndərilən raketlərin sınağını Şimali Koreyanın lideri Kim Çen In də izləyib.

Xəbər Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi tərəfindən verilib. Lakin məlumatda təlimlərdə istifadə olunan sursatlarla bağlı detallı informasiya qeyd olunmayıb.

Qeyd olunub ki, Kim Çen Ina uzunmənzilli vuruş vasitələrinin təlimi ilə bağlı bilgi verilib və daha sonra o, təlimlərə başlama əmri verib.

Təlimlər müdafiə qüvvələrinin sürətli reaksiya vermək qabiliyyətini yoxlamaq, döyüş mövqeyi alma və atəş açma qabiliyyətini, hər hansı bir əməliyyatı və ya döyüşü ən yaxşı formada yerinə yetirmək üçün hazırlıq səviyyəsini ölçmək üçün keçirilib.

​Qeyd edək ki, Cənubi Koreya ordusunun baş qərargahı Şimali Koreyanın ötən gün iki yaxınmənzilli raket atdığını, raketlərin 420 və 270 km məsafə qət etdiyini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm