Seçkidən sonra MSK-nın 496 əməkdaşı öldü - ŞOK HADİSƏ
Bizi izləyin

Digər

Seçkidən sonra MSK-nın 496 əməkdaşı öldü - ŞOK HADİSƏ

İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Strait Times" qəzeti yazıb.

Nazirliyin məlumatına görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş dünyasını dəyişib. Ölüm hallarının çoxu (131) Qərbi Cava əyalətində qeydə alınıb.

MSK öz növbəsində bildirir ki, ölənlərin təqribi yaş həddi 50-70 arasında olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm