• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

ABŞ-İran müharibəsində YENİ CƏBHƏ açıldı: "Tehranı dəstəkləyirik"

  • Digər
  • 18 May 2019 11:27
  • 3 667 Baxış
ABŞ-İran müharibəsində YENİ CƏBHƏ açıldı: "Tehranı dəstəkləyirik"

“Çin ABŞ-ın İrana təktərəfli sanksiyalar tətbiq etməsinə qarşı çıxır”.

Publika.az xəbər verir ki, bunu Çinin Dövlət müşaviri və Xarici işlər naziri Vanq Yi deyib.

Paytaxt Pekində rəsmi səfərdə olan İranın Xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşən Vanq iki ölkənin əhatəli strateji əməkdaş olduğunu, mövcud beynəlxalq və regional şərtlərin sürətlə dəyişdiyi zamanda İran və Çinin koordinasiyasının gücləndirilməsinin vacibliyini dilə gətirib.

“İranın mövcud vəziyyətini və narahatlıqlarını anlayır, öz maraqlarının qorunmasını dəstəkləyirik. Mövcud zərərverici faktorları aradan qaldırmaq və İranın nüvə razılaşmasının tətbiqində iştirak etmək üçün Tehran hökuməti ilə birlikdə işləməyi ümid edirik.

İranın Xarici işlər naziri isə öz növbəsində nüvə razılaşması böhranının məsuliyyətinin Tehranda olmadığını, ölkəsinin razılaşmadan çıxmaq istəmədiyini dilə gətirib.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR