16 milyon insan ölkənin taleyinə qərar verəcək - BU GÜN
Bizi izləyin

Digər

16 milyon insan ölkənin taleyinə qərar verəcək - BU GÜN

Avstraliyada parlament seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, ölkə miqyasında 16 milyon insan Nümayəndələr Palatası və Senat üzvlərini seçmək üçün sandıq başına keçəcək.

Seçkilərdə rəqabətin 6 ildir iqtidarda olan Liberal-Milli koalisiya hökuməti ilə İşçi Partiyası arasında yaşanması gözlənilir.

Baş nazir Skot Morrison rəhbərliyindəki iqtidar qanadı və Bill Şortenin liderlik etdiyi İşçi Partiyası seçki tarixinin açıqlamasından sonra ölkənin dörd bir tərəfində 1,5 ay təşkil etdikləri seçki kampaniyasını tamamlayıblar.

İqtidar qanadı kampaniyada iqtisadiyyat, immiqrant axın, sərhəd təhlükəsizliiyi kimi məsələləri ön plana çıxarıb. Müxalifət isə iqlim dəyişikliyi, ucuz qiymətlər, sosial yardımlar və tibbi xidmətlərlə bağlı problemləri qabardıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm