Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürüldü
Bizi izləyin

Digər

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürüldü

Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Golfo Pacifico" agentliyi məlumat yayıb.

Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. Ölənlərdən 4-ü qadın, 2-i kişidir.

Hücumun səbəbi hələ məlum deyil, qatillər də tapılmayıb. Prokurorluq bir neçə nəfərin ölümü faktı üzrə cinayət işi açıb.

Tamaulipas ştatının Dias-Ordas bələdiyyəsində də hərbçilər avtomobillə təqib etdikləri cinayətkarlarla atışmaya başlayıblar. Cinayətkarlar hərbçilərlə açıq döyüşə başlayıblar, lakin məğlubiyyətlə üzləşiblər.

Atışma zamanı qruplaşmanın 4 üzvü öldürülüb, həmçinin hərbçilərdən 1-i yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm