• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Yaponiya və Rusiya arasında “2+2” formatında görüş oldu

Yaponiya və Rusiya arasında “2+2” formatında görüş oldu

Mayın 30-da Tokioda Yaponiya və Rusiyanın xarici işlər və müdafiə nazirləri “2+2” formatında görüşüblər.

Publika.az xəbər verir ki, təxminən bir saat yarım davam edən görüşdə nazirlər arasında təhlükəsizliyə dair bir sıra məsələlər, o cümlədən Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın iddia etdiyi adalarla bağlı fikir ayrılığı özünü göstərib.

Görüşdə Yaponiya tərəfdən xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya, Rusiya tərəfdən isə xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu iştirak ediblər.

Tərəflər arasında Şimali Koreyanın nüvə silahının ləğvi ilə əlaqədar birgə fəaliyyət barədə razılıq əldə edilib.

Yaponiya tərəfi bildirib ki, Şimali Koreya tərəfindən cari ayın əvvəllərində yaxın məsafəli ballistik raketlərin sınaqlarının keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edir.

Eyni zamanda, Yaponiyanın Rusiya tərəfinin mübahisəli adalardan birində təşkil edilən təlimlər zamanı yeni tip raketin sınaqlarını keçirməsindən təəssüfləndiyi və hüquqi baxımdan yolverilməzliyi ifadə olunub.

Bunun cavabında etirazını bildirən S.Lavrov həmin adanın Rusiyanın suveren ərazisi olduğunu deyib.

Yaponiya hökumətinin mövqeyinə əsasən isə həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir. Həmin adaların II Dünya müharibəsi nəticəsində qeyri-qanuni işğal edildiyi bildirilir.

Rusiya tərəfi isə təkidlə bildirib ki, Yaponiya ərazisində ABŞ-ın yerüstü “Aegis Ashore” raketdənmüdafiə sisteminin yerləşdirilməsi Rusiya üçün təhlükə mənbəyidir.

T.İvaya bunun cavabında deyib ki, həmin yerləşdirmə yalnız müdafiə xarakteri daşıyır və Rusiya üçün heç bir təhlükə yaratmır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR