Sudanda nümayişin dağıdılması zamanı ölənlərin sayı 35-i ötdü
Bizi izləyin

Digər

Sudanda nümayişin dağıdılması zamanı ölənlərin sayı 35-i ötdü

Sudanın paytaxtı Xartumda çadır düşərgəsinin dağıdılması nəticəsində ölənlərin sayı 35-i ötüb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi Sudan həkimlərinin müxalifət komitəsinin bəyanatına istinadən bildirib.

Yaralanların sayının yüzlərlə olduğu bildirilir.

“Hərbi qərargah qarşısında Hərbi Şura tərəfindən öldürülmüş insanların sayı 35-ə qədər artıb. Yüzlərlə insan yaralanıb və ağır travmalar alıb”, - bəyanatda deyilir.

Bundan başqa, komitəyə əsasən, ölənlərin sayı dəqiq ola bilməz. Etirazçılar və həkimlərin sözlərinə görə, ölənlərin bədənlərinin çoxu Nil çayına atılıb.

Qeyd edək ki, Sudan ordusu nümayişçilərin paytaxt mərkəzində saldığı çadır düşərgəsini bazar ertəsi səhərdən dağıtmağa başlayıb. Əməliyyat zamanı fəal şəkildə odlu silah tətbiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm