"Deutsche Bank" Venesuelanın 20 ton qızılını müsadirə etdi
Bizi izləyin

Digər

"Deutsche Bank" Venesuelanın 20 ton qızılını müsadirə etdi

“Deutsche Bank” 2016-cı ildə alınmış kreditin ödənilməsi üzrə maliyyə razılaşmasının yerinə yetirilməməsinə görə Venesuelaya aid 20 ton qızılı müsadirə edib.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “Blomberq” agentliyi bildirib.

Məlumatına görə, Venesuela 2016-cı ildə imzalanmış razılaşma çərçivəsində bankdan 750 milyon dollar kredit alıb və girov kimi 20 ton qızıl qoyub. Bildirilir ki, Venesuela 2021-ci ildə başa çatan razılaşmanın şərtlərini yerinə yetirməyib və bank razılaşmanın müddətini vaxtından əvvəl dayandıraraq qızılı müsadirə etməyə qərar verib.

Agentlik qeyd edir ki, nə “Deutsche Bank”ın nümayəndəsi, nə də Venesuela Mərkəzi Bankının mətbuat xidməti xəbəri şərh etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm