Digər
Maduronu bu 3 dövlət öldürmək istəyirdi - Nazir şok detalları açdı
Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd həyata keçirilərək yerinə bir generalın gətirilməsi cəhdinin qarşısı alınıb.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges deyib.
Onun sözlərinə görə, dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbsxanada olan general Raul Badueli azad etmək və "Karlota" hərbi bazasına gətirmək istəyiblər.
"Onlar "Karlota" hərbi bazasını ələ keçirmək və Raul Badueli azad edib "Karlota"ya gətirərək canlı yayıma çıxarıb prezident elan etmək istəyirdilər", - nazir deyib.
Nazir bildirib ki, çevriliş cəhdinin 23-24 iyun tarixlərində həyata keçirilməsii planlaşdırılırdı. O, uğursuz cəhdin arxasında ABŞ, Çili və Kolumbiyanın olduğunu vurğulayıb. Xorxe Rodriges planın içində həm aktiv, həm də istefada olan hərbçilərin yer aldığını söyləyib.
Venesuela müxalifətinin lideri Xuan Quaydo dövlət çevrilişinə cəhdin təşkilində özünün iştirakı ilə bağlı ittihamları rədd edib. Xuan Quaydo jurnalistləri ittiham edərək, onları bu ittihamları dəfələrlə təkrarlamaqda qınayıb. O, qeyd edib ki, müxalifətin çağırışı hərbçilərə yönəldilib və bu, konstitusiya çərçivəsindədir.
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR






































