Dünyanın izlədiyi görüşdən İLK AÇIQLAMALAR: Trampdan TARİXİ ETİRAF GƏLDİ - YENİLƏNDİ
Bizi izləyin

Digər

Dünyanın izlədiyi görüşdən İLK AÇIQLAMALAR: Trampdan TARİXİ ETİRAF GƏLDİ - YENİLƏNDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında G20 Liderler Zirvəsi çərçivəsində görüş başa çatıb.

Liderlər arasında görüş 35 dəqiqə davam edib.

“Hazırda 75 milyard dollarlıq iqtisadi ticarət həcmi nöqtəsindəki zirvəyə doğru irəliləyiş həmləmiz var. Müdafiə sənayesində atdığımız addımlar, atacağımız addımlar var. Lakin hər şeydən əvvəl strateji əməkdaşlığımız bir çox sahədə dirənişimizi təşviq edir. Bundan sonrakı proseslərdə bu dirənişimizin eyni şəkildə davam edəcəyinə inamım tamdır”, – Ərdoğan açıqlamasında deyib.

Ağ Ev görüşdən dərhal sonra açıqlama yayıb. Açıqlamada “Prezident Rusiyadan S-400 alınmasına dair narahatlığını dil gətirdi. Suriya məsələsində ortaq məxrəcə gəlmək istədiyini bildirdi” sözləri yer alıb.

Qeyd edək ki, görüşdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar, prezidentin müşaviri Fəxrəddin Altun, mətbuat katibi İbrahim Kalın iştirak edib.

***

08:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında G20 Liderler Zirvəsi çərçivəsində görüş başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə S-400 Rusiya zenit-raket komplekslərinin Türkiyəyə tədarükü məsələsi müzakirə edilb.

Tramp Barak Obama administrasiyası dönəmində Türkiyənin ABŞ-dan “Patriot” zenit-komplekslərini almaq istədiyini, amma buna icazə verilmədiyini deyib.

“Obama administrasiyası dönəmində Türkiyəyə qarşı ədalətli davranılmadı”, - Ağ Evin başçısı deyib.

Amerika lideri S-400 mövzusunun qarışıq bir mövzu olduğunu, fərqli həllərin axtarıldığını və Türkiyəyə qarşı ədalətli olmaq olmaq məcburiyyətində olduqlarını vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm