Avtobus dərəyə yuvarlandı: 33 ölü, 22 yaralı
Bizi izləyin

Digər

Avtobus dərəyə yuvarlandı: 33 ölü, 22 yaralı

Hindistanın nəzarətində olan Cammu Kəşmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, sərnişin avtobusu dərəyə yuvarlanıb.

Yerli medianın xəbərinə görə, 33 nəfər ölüb, 22 nəfər yaralanıb.

Hindistanın baş naziri Narendra Modi və Daxili işlər naziri Amid Şah hadisə ilə bağlı tvitter hesablarında məlumat paylaşıb və ölənlərin yaxınlarına başsağlığı veriblər.

Bölgədə tez-tez bənzər qəzaların baş vermə səbəbi kimi yüksək sürət və yolların pis vəziyyət olması göstərilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm