General paytaxtda QƏTLİAM TÖRƏTDİ: 40 ölü, 80 yaralı - (YENİLƏNİR)
Bizi izləyin

Digər

General paytaxtda QƏTLİAM TÖRƏTDİ: 40 ölü, 80 yaralı - (YENİLƏNİR)

Liviyada general Xəlifə Haftarın əmrində olan qüvvələrin paytaxt Tripolinin şərqində yerləşən qaçqın düşərgəsinə hücum nəticəsində 40 nəfər ölüb, 80 nəfər yaralanıb.

Hava hücumunun hədəfi olan qaçqın düşərgəsində 120 afrikalı miqrant məskunlaşıb.

Ölü sayının artacağı ehtimal edilir.

***

10:41

Liviyada general Xəlifə Haftarın əmrində olan qüvvələr paytaxt Tripolinin şərqində yerləşən qaçqın düşərgəsinə hücum edib.

Publika.az xəbər verir ki, nəticədə 30-dan çox insan ölüb.

Milli Razılaşma Hökumətinə bağlı Səhiyyə Nazirliyinin mətbuat katibi Fevzi Unneyis Anadolu Agentliyinə açıqlamasında bildirib ki, Haftar qüvvələrinə aid təyyarələr bölgəni bombardman edib.

Qeyd edək ki, qaçqın düşərgəsində Afrika, Misir və Cənubi Asiyadan miqrantlar yerləşdirilib. Düşərgədə 120-ə yaxın insan olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm