Şimali Koreyadan ABŞ-a raketli zərbə - Ordu qərargahı detalları açıqladı
Bizi izləyin

Digər

Şimali Koreyadan ABŞ-a raketli zərbə - Ordu qərargahı detalları açıqladı

Şimali Koreyanın şərqində yerləşən Vonsan şəhəri sahillərindən iki kiçikmənzilli raket buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya Ordusunun Baş Qərargahı informasiya yayıb.

Bildirilib ki, raketlər yerli vaxtla 05:34 və 05:57-də buraxılıb və 50 km-ə yaxın hündürlükdə 430 km yol qət edib.

Cənubi Koreya raketlərlə bağlı detallı analizin aparılacağını açıqlayıb.

Şimali Koreya tərəfindən gerçəkləşdirilən bu hərəkətlərin Donald Tramp-Kim Çen In görüşlərinə kölgə salacağı bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm