Digər
SON DƏQİQƏ: ABŞ bu ölkəyə girdi, Çin... - Dünya ŞOKDA
Çinin “Ordumuz Tayvanı ayırmaq cəhdlərinə nəyin bahasına olursa-olsun icazə verməyəcək, biz müharibə istəmirik, amma ABŞ istəsə sona qədər döyüşərik” açıqlamasından dərhal sonra ABŞ-ın raketlərlə təchiz edilmiş döyüş gəmisi Tayvan boğazından keçib.
Publika.az xəbər verir ki, ABŞ-ın bu addımı Çinə meydan oxumaq kimi qəbul edilib.
Hazırda ABŞ və Çin arasında Tayvan böhranı dərinləşməkdədir.
Çinin müdafiə naziri Vei Fenqhe ötən ay bəyan etdi ki, Tayvanın Çindən ayrılması cəhdlərinə qarşı çıxacaqlar.
Rəsmi Pekin məsələni yenidən gündəmə gətirib və bəyan edib ki, Tayvan məsələsinə görə müharibəyə hazırdırlar.
Bu bəyanatdan bir gün sonra ABŞ-ın USS Antietam (CG-54) döyüş gəmisi Tayvan boğazını keçib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci donanmasının sözçüsü Kil Doss Çinə cavab olaraq bildirib ki, dar su yolu (Tayvan boğazı) keçidindən istifadə etməyə davam edəcəklər.
ABŞ Tayvana 2,2 milyard dollarlıq silah satışı haqqında qərar qəbul etməsindən sonra Çin bu ayın əvvəlində Tayvan sahillərində hərbi təlimlər keçirdi. Həmçinin bəyan etdi ki, Tayvana silah satan ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Asif
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı