Şimali Koreyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI - Silahlarını hazır vəziyyətə gətirdi
Bizi izləyin

Digər

Şimali Koreyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI - Silahlarını hazır vəziyyətə gətirdi

Şimali Koreya ordusunun ölkənin şərqində iki qısamənzilli raket sınaqdan keçirməsi iddiasından sonra bu dəfə yeni nəsil taktiki lazerli silah sistemi təlimləri keçirdiyi məlum olub.

Publika.az xəbər verir ki, təlimləri yerində izləyən Şimali Koreya lideri Kim Çen In bunun Cənubi Koreyaya bir xəbərdarlıq olduğunu deyib.

KCNA rəsmi xəbər agentliyinin məlumatına görə, Kim bu təlimlərin yüksək texnoloji silahlar istehsal etməyə və ortaq təlimlərə qatılmağa son verməsi üçün gerçəkləşdirildiyini bildirib. Xəbərdə ABŞ prezidenti Donald Trampla bağlı hər hansı detala yer verilməyib.

Cənubi Koreya Şimali Koreyanı hiddətləndirən təlimləri, adətən, ABŞ ilə birlikdə keçirir. Cənubi Koreyanı ikiüzülülkdə ittiham edən Kim bu ölkənin, eyni zamanda, həm sülhü dəstəkləyən açıqlamalar verdiyini, həm də yeni silahlar istehsal edib hərbi təlimlər keçirdiyini vurğulayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm