Hospital bombalandı: 5-i öldü, 8-i yaralandı
Bizi izləyin

Digər

Hospital bombalandı: 5-i öldü, 8-i yaralandı

Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusu Tripolidə səhra hospitalına aviazərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Liviyanın Milli Barışıq Hökumətindən bildirilib.

Məlumata görə, aviazərbələr nəticəsində 5 həkim ölüb, tibbi personalın daha 8 üzvü yaralanıb.

Qeyd edək ki, Liviya Milli Ordusu aprelin 4-də Tripolinin “terrorçulardan azad olunması” üçün hücuma başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tripolidə döyüşlər nəticəsində mindən çox insan həlak olub, 5,5 mindən çoxu yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm