ABŞ ordusu bu ölkədə itki verdi
Bizi izləyin

Digər

ABŞ ordusu bu ölkədə itki verdi

Əfqanıstanda ABŞ-ın iki hərbi qulluqçusu həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun bu ölkədə keçirdiyi “Qətiyyətli dəstək” əməliyyatının komandanlığı bildirib.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, ABŞ son aylar ərzində Əfqanıstan Taliban hərəkatı ilə atəşin dayandırılması, xarici qoşunların ölkədən çıxarılması və hökumətlə sülh danışıqları haqqında danışıqlar aparır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pakistanın baş naziri İmran Xanla görüşdən sonra jurnalistlərə bildirmişdi ki, ABŞ 7-10 gün ərzində Əfqanıstanda müharibəni uda bilərdi, amma o bunu etmək istəmir, çünki bu əməliyyat halında 10 milyon insan həlak olardı.

“Mən bir həftə ərzində bu müharibəni uda bilərdim, amma mən sadəcə, 10 milyon insanı öldürmək istəmirəm… Məndə planlar var idi və əgər mən bu müharibəni udmaq istəsəydim, Əfqanıstan Yer kürəsinin üzündən silinmiş olardı. Hər şey 10 gün ərzində başa çatmış olardı”, - Tramp Ağ Evdə Pakistanın baş naziri İmran Xanla görüşdən sonra jurnalistlərə deyib.

“Biz polis olmaq istəmirik və bu olmamalıdır. Biz artıq 18 ildir Əfqanıstandayıq və bu, mənasızdır”, - o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm