Şimali Koreya müharibəyə hazırlaşır? - Ballistik raketlərini...
Bizi izləyin

Digər

Şimali Koreya müharibəyə hazırlaşır? - Ballistik raketlərini...

Şimali Koreya ötən gün səhər saatlarında yeni ballistik raket sınağı keçirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası informasiya yayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mənbələrindən verilən məlumata görə, iki yaxın mənzilli ballistik raket sınaqları keçirilib.

Cənubi Koreya Ordusunun Baş Qərargahı isə raketlərin cənubdakı Yonqunqdan Yapon dənizi istiqamətində göndərildiyini açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya ötən həftə iki yaxınmənzilli ballistik raket sınağı keçirmişdi. Bu həftənin çərşənbə günü isə daha iki raket testdən keçirilmişdi. Bugünkü sınaq son 9 gündə gerçəkləşdirilən 3-cü sınaq olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm