Əfqanıstanda müharibə başa çatır - ABŞ əsgərlərini geri çəkir
Bizi izləyin

Digər

Əfqanıstanda müharibə başa çatır - ABŞ əsgərlərini geri çəkir

ABŞ ordusunu Əfqanıstandan geri çəkməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Talibanla əldə olunan razılaşmaya görə, Əfqanıstanda xidmət edən əsgər sayı 14 mindən 8-9 minə qədər azaldılacaq.

“Vaşinqton Post”un hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Tramp Administrasiyası bunun qarşılığında Talibandan bir çox şərti yerinə yetirməyi tələb edib. Bu tələblər içində Talibanın Əfqanıstan hökuməti ilə qeyd-şərtsiz sülh razılaşmasının müzakirələrinə qatılması da var. Razılaşmanın sentyabr ayında keçiriləcək prezident seçkilərindən əvvəl tamamlanması gözlənilir.

Talibanın mətbuat katibi Zəbiullah Mücahid sülh razılaşması ilə bağlı ümidli olduqlarını dilə gətirib: “İşlər ümidverici görünür. Ümid edirik ki, hər hansı maneə çıxmaz və eyni zamanda, ABŞ qətiyyətini qoruyar”.

Razılaşma hər iki tərəfin də ürəyincə olarsa, Əfqanıstanda vətəndaş müharibəsinin başa çatması üçün ən əhəmiyyətli addım atılmış olacaq.

Pentaqonun hesabatına görə, Əfqanıstanda müharibənin başladığı 2001-ci ildən bəri 2 400 amerikalı əsgər həlak olub, 20 000-dən çoxu yaralanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm