Təbii fəlakət ölkəni cənginə aldı: 5 ölü, 14 itkin
Bizi izləyin

Digər

Təbii fəlakət ölkəni cənginə aldı: 5 ölü, 14 itkin

Vyetnamda “Vifa” qasırğası zamanı baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər həlak olub, 14 nəfər itkin düşüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “VnExpress” onlayn-nəşri bildirib.

Təbii fəlakətdən ən çox mərkəzi Txanxoa əyaləti zərər çəkib. Burada 3 nəfər ölüb, 13 nəfər isə itkin hesab edilir.

Güclü leysan nəticəsində baş verən daşqınlar 50 evə güclü, daha 200 evə isə qismən zərər vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm