Çindən ABŞ-a CİDDİ ZƏRBƏ: müharibə yenidən alovlandı
Bizi izləyin

Digər

Çindən ABŞ-a CİDDİ ZƏRBƏ: müharibə yenidən alovlandı

Çin ABŞ-dan kənd təsərrüfatı mallarının idxalını dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi informasiya yayıb.

Bildirilib ki, qərar ABŞ-ın 300 milyard dollar dəyərindəki Çin mallarına 10% əlavə vergi tətbiq etməsindən sonra qəbul edilib.

Açıqlamada qeyd olunub ki, bu əlavə vergi Çin prezidenti Si Çinpin ilə ABŞ prezidenti Donald Tramp arasında imzalanan konsensusu ciddi şəkildə pozur.

Qeyd edək ki, Çin ABŞ-dan soya lobyası, pambıq, buğda, donuz əti idxal edir.

Xatırladaq ki, ABŞ-la Çin arasındakı ticarət savaşı bir çox sahələri əhatə edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm