Polis bölməsinə HÜCUM: 18 ölü, 100-dən çox yaralı var - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Polis bölməsinə HÜCUM: 18 ölü, 100-dən çox yaralı var - VİDEO (YENİLƏNDİ)

Əfqanıstan Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, paytaxt Kabilin 6-cı polis bölməsinə qarşı təşkil edilən bombalı hücumda 18 nəfər həlak olub. Yaralıların sayı 100-dən çoxdur.

Hadisə şahidləri “Röyters”ə açıqlamalarında bildiriblər ki, bomba yüklü avtomobilin polis binasının qarşısında partladılmasından sonra həmin ərazidə silah səsləri eşidilib.

***

13:45

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Publika.az xəbər verir ki, Mirvais Meydan bölgəsində yerləşən polis bölməsinə təşkil edilən bombalı hücumda 95 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimi bildirib ki, partlayışdan əvvəl polis şəhərdəki İŞİD terror təşkilatının sığınacaqlarına əməliyyat təşkil edib.

Hücumun məsuliyyətini Taliban hərəkatı öz üzərinə götürüb. Təşkilatdan verilən açıqlamada çox sayda polisin həlak olduğu bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm