Dövlət bayrağı yerə salındı, ölkə qarışdı
Bizi izləyin

Digər

Dövlət bayrağı yerə salındı, ölkə qarışdı

İndoneziyanın Qərbi Papua əyalətinin paytaxtı Manokvari şəhərində yanğınlar və barrikadaların qurulması ilə müşayiət olunan kütləvi iğtişaşlar baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iğtişaşların iştirakçıları digər əyalətdə papualı tələbələrə hücumla bağlı etirazlarını bildiriblər.

Etiraz edənlər, əsasən yerli universitetin tələbələridirlər və onlar Manokvarinin mərkəzi rayonlarını ələ keçirməyə çalışıblar. Hadisə nəticəsində yollardakı avtomobillər və motosikllər yandırılıb. Eyni zamanda, bir neçə binada, o cümlədən regional parlamentdə yanğınlar törədilib. Etirazçılar ağacları kəsərək küçə barrikadaları qurmağa çalışıblar.

İğtişaşlar zamanı ən azı bir polis əməkdaşı başından xəsarət alıb.

Milli polisin nümayəndəsi briqada generalı Dedi Prasetvo bəyan edib ki, tələbələrin əksəriyyəti Surabae şəhərində irqi zəmində baş verən hücum barədə təxribata uyublar.

Nəşrin bildirdiyinə görə, avqustun 18-də təhlükəsizlik xidmətinin əməkdaşları və ictimai təşkilatların fəalları İndoneziyanın ikinci böyük şəhəri Surabaedə Papuadan olan tələbələrin yataqxanasına hücum edərək, onları ölkənin Milli Müstəqillik Gününü bayram etməməkdə təqsirləndiriblər. Hadisənin səbəbi kimi yataqxananın girişində yerə salınmış İndoneziyanın dövlət bayrağı göstərilir.

General, həmçinin bildirib ki, Surabaedə olan qarşıdurma artıq aradan qaldırılıb və Qərbi Papuada iğtişaşlara səbəb sosial şəbəkələrdə yayılan yalan məlumatlardır.

Avqustun 20-də hadisəni şərh edən İndoneziya Prezidenti Coko Vidodo tərəfləri sakitliyə və “biri-birini bağışlamağa” çağırıb. Bununla yanaşı o, iğtişaşlara səbəb olan irqi ayrı-seçkiliklə bağlı görüləcək tədbirlər barədə sualdan yayınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm