Avtobus sərnişinlərini girov götürən şəxs güllələnərək öldürüldü
Bizi izləyin

Digər

Avtobus sərnişinlərini girov götürən şəxs güllələnərək öldürüldü

Braziliyanın ən böyük şəhəri olan Rio-de-Janeyro şəhərində avtobus sərnişinlərini girov götürən silahlı şəxs zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, sərnişin avtobusu Rio-Niteroy körpüsünün üzərində olarkən terrorçu silahını çıxararaq 37 sərnişini girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb edilib və cinayətkarla danışıqlar aparılıb. Üç saat davam edən danışıqlar nəticə verməyib və avtobusdan düşən silahlı şəxsə atəş açılıb. Yerli polisin məlumatına görə, revolver və elektroşok aləti ilə silahlanmış şəxs aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polisin yaydığı məlumata görə, silahlı şəxs avtobusu yandırmaqla hədələyib və onunla aparılan danışıqlar zamanı 6 sərnişini azad etmək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm