Bara hücumda 26 nəfər öldü
Bizi izləyin

Digər

Bara hücumda 26 nəfər öldü

Meksikanın Verakrus ştatındakı Koatsakoalkos şəhərində olan bara edilən hücumun nəticəsində 26 nəfər həlak olub.

Publika.az xəbər verir ki, ştatın Baş prokurorluğunun məlumatına görə, ölənlərin 10-u qadın, 16-sı isə kişidir.

Daha 11 nəfər xəsarət alıb. Hücumda ən azı 10 silahlının iştirak etdiyi bildirilir.

Verakrus qubernatorunun sözlərinə görə, hücumun təşkilatçısının kimliyi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm