Filippində təyyarə qəzasında 9 nəfər öldü
Bizi izləyin

Digər

Filippində təyyarə qəzasında 9 nəfər öldü

Filippində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həyatını itirib.

Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, hadisə Laquna əyalətində baş verib.

Təyyarə müalicə alan xəstəni, onun həyat yoldaşını və tibbi personalı paytaxt Manila xəstəxanalarından birinə aparırmış.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm