Milli Parkda beş turist və bir bələdçi itdi
Bizi izləyin

Digər

Milli Parkda beş turist və bir bələdçi itdi

Keniyanın Nayvaş şəhərinin yaxınlığında yerləşən “Hell's Gate” Milli Parkında beş turist və onların bələdçisi itib.

Publika.az xəbər verir ki, bu haqda yerli “Standard Digital” nəşri bildirib.

Qeyd edilir ki, yağışlar gündüz saatlarında başlanıb və yaranan daşqınlar Milli Parkın dərələrini su altında qoyub.

Daha əvvəl yayılan xəbərə görə, həmin ərazinin yaxınlığında Asiya mənşəli bir qadının bədəni aşkar edilib. Lakin, onun itən turistlərdən birinə aid olub-olmadığı hələlik məlum deyil.

Öz növbəsində yerli polis dəqiqləşdirib ki, hazırda axtarış-xilasetmə işləri aparılır, amma dərələrdə suyun səviyyəsi axtarış-xilasetmə qrupunun işini ləngidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm