S-400 üçün fantastik məbləğdə pul ödədilər - ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK ADDIM
Bizi izləyin

Digər

S-400 üçün fantastik məbləğdə pul ödədilər - ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK ADDIM

Hindistan Rusiyadan aldığı S-400 zenit raket kompleksi üçün 5,43 milyard dollar ödəyib.

Publika.az xəbər verir ki, 5 ədəd batareya alan Hindistan yeni müdafiə silahını 18-19 aydan sonra təhvil ala biləcək.

Bunu Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov deyib. “Rossiya 1” televiziyasına müsahibə verən Borisov bildirib ki, təhvil işi müəyyən edilmiş zaman çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, S-400 raketlərinin satışı ilə bağlı Hindistan-Rusiya müqaviləsi ötən ilin oktyabr ayında imzalanmışdı. ABŞ Rusiya ilə hərbi əməkdaşlıq edən Hindistanı razılaşmadan imtina etmək üçün Türkiyəyə etdiyi kimi, sanksiya ilə təhdid etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm