Gəzinti gəmisi çayda batdı: 12 ölü, 35 itkin - - FOTO
Bizi izləyin

Digər

Gəzinti gəmisi çayda batdı: 12 ölü, 35 itkin - - FOTO

Hindistanın cənub-şərqindəki Andra Pradeş əyalətində gəzinti gəmisi batıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər itkin düşüb.

Əyalətin Daxili işlər naziri M. Suçarita 50 Hindistan vətəndaşının və 11 ekipaj üzvünün olduğu gəminin Godavari çayında batdığını bildirib. Onun sözlərinə görə, xilasedici jilet geyinən 12 nəfər balıqçılar tərəfindən xilas edilib.

Çayda axtarış-xilasetmə işləri davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm