• USD 1,7000 0,00% EUR 1,8550 +0,39%
    • GBP 2,1982 -0,46% RUB 0,0259 -0,39%

İmran Xan Pakistanın ən böyük səhvini açıqladı: SSRİ-yə qarşı...

  • Digər
  • 23 Sentyabr 2019 21:42
  • 1 920 Baxış
İmran Xan Pakistanın ən böyük səhvini açıqladı: SSRİ-yə qarşı...

11 sentyabr 2001-ci il terror aktlarından sonra ABŞ-ın Əfqanıstanda keçirdiyi əməliyyatda Pakistanın iştirakı ölkənin ən böyük səhvi idi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Pakistanın baş naziri İmran Xan bildirib.

“Biz neytral qalmalı idik. Pakistan 11 sentyabrdan sonra ABŞ-ın keçirdiyi əməliyyata qoşularaq ən böyük səhvlərdən birini etdi”, - İmran Xan Nyu-Yorkda beynəlxalq münasibətlər üzrə Şurada çıxışında deyib.

Baş nazirin sözlərinə görə, əsas səhv ondan ibarət idi ki, ABŞ və Pakistan 1980-ci illərdə SSRİ ilə mübarizə üçün hazırlanan güclərə qarşı çıxış etdi. O vurğulayıb ki, Əfqanıstanda hərbi münaqişənin həllini perspektivsiz hesab edir, çünki, bunu ölkənin tarixi deyir. Baş nazir qeyd edib ki, Pakistan Əfqanıstanda ABŞ-ın əməliyyatı nəticəsində 200 milyard dollara qədər itirib. Bundan başqa, ölkə 2,7 milyon əfqan qaçqınını qəbul etməli olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR