Maduro Putinlə görüşmək üçün təcili Rusiyada gedir
Bizi izləyin

Digər

Maduro Putinlə görüşmək üçün təcili Rusiyada gedir

Venesuela prezidenti Nikolas Maduro ən yaxın saatlarda Rusiyaya yola düşəcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Nikolas Maduronun özü bildirib.

O, rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

“Bu gecə mən dostumuz Vladimir Putinlə görüşmək üçün rəsmi səfərlə Rusiyaya yola düşürəm”, - prezident tvitterdə translyasiya edilən çıxışın gedişatında deyib.

Maduronun sözlərinə görə, səfərin gedişatında o həmçinin Rusiya sahibkarları ilə görüşəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Soçidə “Valday” klubunun iclası çərçivəsində Venesuela, Qazaxıstan və Filippinlər prezidentləri ilə görüşlər keçirəcək. “Valday” klubunun XVI illik iclası 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərinə təşkil ediləcək.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də kütləvi etirazlardan sonra parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə pisləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm