Pakistanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 19 ölü, 300-dən çox yaralı - YENİLƏNDİ
Bizi izləyin

Digər

Pakistanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 19 ölü, 300-dən çox yaralı - YENİLƏNDİ

Pakistan-Hindistan sərhədində baş verən zəlzələ nəticəsində ən azı 19 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı yerli polisə istinadən məlumat yayıb.

***

16:20

Pakistanda 6.1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi informasiya yayıb.

Yerli vaxtla 16:01-də qeydə alınan zəlzələ paytaxt İslamabadda da hiss edilib. Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Hələlik zəlzələnin fəsadları barədə məlumat açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm