Sisi orduya qarşı hərəkətə keçdi: Dövlət çevilişinin qarşısını almaq üçün...
Bizi izləyin

Digər

Sisi orduya qarşı hərəkətə keçdi: Dövlət çevilişinin qarşısını almaq üçün...

Misirdə xalqı prezident Əbdül Fəttah əs-Sisiyə qarşı etiraz aksiyalarına səsləyən sabiq Baş qərargah rəisi Sami Ananın mətbuat katibi və Qahirə Universitetinin müəllimi Hazm Hosni həbs edilib.

Publika.az xəbər verir ki, Sisi bununla ordu daxilində dövlət çevrilişi cəhdlərinin yayılmaması üçün həbs dalğasına başlayıb.

Sami Anan 18 sentyabrda tvitter hesabından “Misir xalqı və ordusu mövcud durumdan daha yaxşısına layiqdir” deyərək “Yetər, Sisi” etiketi ilə paylaşmışdı.

Qeyd edək ki, Sami Anan prezident seçkilərində Sisiyə qarşı namizəd olmuş, lakin 23 yanvar 2018-ci ildə həbs edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm