• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

34 "talibançı" məhv edildi

  • Digər
  • 28 Sentyabr 2019 23:51
34 "talibançı" məhv edildi

Əfqanıstanın xüsusi xidmət orqanları prezident seçkiləri günü radikal "Taliban" qruplaşmasının onlarla döyüşçüsünü zərərsizləşdirib, daha 18 "talibançı" saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi bildirib.

Təhlükəsizlik xidmətinin məlumatına görə, Kabildə və onun ətrafında 16 əməliyyat keçirilib və seçkilərin keçirilməsini pozmağa çalışan 14 "talibançı" saxlanılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları ölkənin başqa əyalətlərində keçirilən əməliyyatların gedişatında 34 döyüşçünü zərərsizləşdiriblər, daha 4 "talibançı" saxlanılıb.

Ölkədə "talib"lərə qarşı ümumilikdə 29 əməliyyat keçirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR